Hadisə

Azərbaycan maşını Gürcüstanda yol işçilərini ayaqladı

Sürücünün sükan arxasında yuxuladığı ehtimal edilir

· Xəbərçi
Azərbaycan maşını Gürcüstanda yol işçilərini ayaqladı


Gürcüstanın Tiflis-Senaki magistralında, İqoeti kəndi yaxınlığında trayler yol işçilərini vurub. Azərbaycanın dövlət nömrə nişanı ilə olan maşının sürücüsünü sükan arxasında yuxulayıb. Avtomobil bordyurların bərkidilməsi ilə məşğul olan “İboliya” şirkətinin əməkdaşlarını ayaqlayıb. Üç fəhlə hadisə yerində həlak olub.

Sürücü saxlanılıb. Onun şəxsiyyəti barədə məlumat yoxdur.

Şərhlər