Hadisə

Azərbaycan-İran sərhədini qanunsuz keçmək istəyən şəxs güllələnib

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan-İran sərhədində silahlı insident olub. Bu barədə APA-ya Yardımlı rayon Polis Şöbəsindən bildirilib.

· Xəbərçi
Azərbaycan-İran sərhədini qanunsuz keçmək istəyən şəxs güllələnib


Azərbaycanın İran İslam Respublikası ilə sərhəd olan Yardımlı rayonu ərazisində naməlum şəxs sərhədi qanunsuz keçməyə cəhd göstərib. Azərbaycan sərhədçiləri tərəfindən ona “dayan!” əmri verilsə də, sərhəd pozucusu buna məhəl qoymayıb. Sərhədçilər ona atəş açmaq məcburiyyətində qalıblar. Nəticədə sərhədpozucusu aldığı güllə yarasından dünyasını dəyişib.

Araşdırmalar nəticəsində sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşib. Məlum olub ki, o, Yardımlı rayon sakini Cəfər Cəfərovdur. Onun hansı məqsədlə sərhədi keçməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər