Hadisə

Azərbaycan-İran sərhədində atışma baş verib, sərhəd naryadının başçısı həlak olub

Silahlı insident ötən gün Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb.

· Xəbərçi
Azərbaycan-İran sərhədində atışma baş verib, sərhəd naryadının başçısı həlak olub
Azərbaycan-İran sərhədində atışma olub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, iyulun 3-də saat 13.15 radələrində Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasının ərazisindən silahlı şəxslər tərəfindən sərhəd pozulub.

Sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilib. Nəticədə sərhəd naryadının başçısı leytenant Quliyev Rüfət Firudin oğlu ağır güllə yarası alıb, zastavaya təxliyə edilən zaman yolda vəfat edib.

Dövlət sərhədinin pozulmasını qarşısını alıb, silahlı şəxslər İran İslam Respublikasına qaçıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri aparılır. ANSPRESS

Şərhlər