Biləsuvar rayonunda İran İslam Respublikası ilə həmsərhəd ərazidə yanğın olub. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alıb. Məlumata görə, 50 ha sahədə biçilmiş taxıl sahəsi, 20 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı sərhəd zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. ANSPRESS
Azərbaycan İran sərhəddində yanğın olub
Azərbaycan İran sərhəddində yanğın olub. Yanğın 70 ha sahədə qeydə alınıb.




Şərhlər