Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxana müdiri özünü asıb
08 Fevral 2010 Bazar Ertəsi 18:40
Fevralın 4-dən itkin düşdüyü bildirilən Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxana müdiri Gəncə şəhər sakininin intihar etdiyi məlum olub.
Gəncə şəhər Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, idarəyə Yaşıllaşdırma İdarəsinə məxsus “Gülçülük sovxozu” adlanan yerdə ağacdan asılmış kişi meyitinin aşkarlanması barədə anonim zəng daxil olub. Hadisə yerinə gəlmiş polis əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, bu, fevralın 4-dən itkin düşdüyü bildirilən Gəncə şəhər sakini, 1948-ci il təvəllüdlü Səfərov Nizami Səyyad oğludur. O, özünü ağacdan asaraq intihar edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, intihar edən 62 yaşlı Səfərov Nizami Səyyad oğlu Azərbaycan Dövlət Aqrar Universitetində kitabxana müdiri vəzifəsində işləyib. APA
DOSTLARINLA PAYLAŞ: