Azərbaycan Dəmir Yollarının şöbə rəisi qətlə yetirilib
09 Aprel 2011 Şənbə 11:41
Onun meyiti Altıağacdan tapılıb
Bakıda 8 gün əvvəl itkin düşən qadının meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin və Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində mümkün olub.
Müəyyən edilib ki, aprelin 1-də itkin düşmüş kimi qeydə alınan Reyhan İsgəndərli Bakı şəhər sakinləri əvvəllər məhkum olunan Gəncə Cəfərov və İlqar İbrahimov tərəfindən qətlə yetirilib. Onlar meyiti isə Xızı rayonunun Altıağac qəsəbəsində basdırıblar. Hadisədə şübhəli bilinənlər G.Cəfərov və İ.İbrahimov yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılıb araşdırma aparılır.
***
Xatırladaq ki, Reyhan İsgəndərli 2 uşaq anasıdır. Nəsimi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Reyhan İsgəndərova aprelin 1-də axşam saatlarında özünə məxsus avtomobillə evə gəlib. Bir neçə saatdan sonra isə qadın avtomobili həyətdə qoyaraq evdən çıxıb.
Ailə üzvlər hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət ediblər.
R. İsgəndərovanın itkin düşməsi ilə əlaqədar Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi cinayət işi başlanılıb.
R.İsgəndərova rəsmən ailəli olsa da, həyat yoldaşında ayrı yaşayır və kifayət qədər ciddi qadın kimi tanınırmış.
DOSTLARINLA PAYLAŞ: