Azərbaycan Dəmir Yolları idarəsinin məsul qadın işçisi yoxa çıxıb
07 Aprel 2011 Cümə Axşamı 14:01
2 azyaşlı uşaq anası olan qadının bir həfətədir nə ölüsündən, nə dirisindən xəbər var...
Bakının Nəsimi rayonu ərazisində 2 uşaq anası itkin düşüb. Nəsimi rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Reyhan İsgəndərova aprelin 1-də axşam saatlarında özünə məxsus avtomobillə evə gəlib. Bir neçə saatdan sonra isə qadın avtomobili həyətdə qoyaraq evdən çıxıb.

Ailə üzvlər hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət ediblər.
R. İsgəndərovanın itkin düşməsi ilə əlaqədar Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi cinayət işi başlanılıb. Bir həftəyə yaxındır aparılan axtarışlar nəticə verməyib. İsgəndərovanın axtarışları davam etdirilir.

R.İsgəndərova rəsmən ailəli olsa da, həyat yoldaşında ayrı yaşayır və kifayət qədər ciddi qadın kimi tanınırmış.


DOSTLARINLA PAYLAŞ:

oyunlar