AZEL Elektroniks şirkətinin 218 min manatını oğurlayan şəxs tutulub
03 Dekabr 2011 Şənbə 12:28
AZEL Elektroniks şirkətindən külli miqdarda pul oğurlayan şirkətin sürücüsü Sabir Sadıqov tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, noyabrın 28-də Sabir Sadıxov idarə etdiyi "Nissan Maxima" markalı avtomaşından şirkətə məxsus 218 056 manatın oğurlanması barədə polis idarəsinə məlumat verib.

Aparılan araşdırma zamanı pulun S. Sadıxov tərəfindən götürülməsi və onun polisə yalan məlumat verməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar