Hadisə

Azadlıq prospektində iki “Mercedes” toqquşub

Qəza nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb

· Xəbərçi
Azadlıq prospektində iki “Mercedes” toqquşub
Ötən gecə Azadlıq prospektinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Qəza “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində baş verib. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı Binəqədi rayon dövlət yol polis şöbəsində araşdırma başlanılıb. Artıq qəza ilə bağlı hər iki sürücü və hadisə şahidlərinin izahatları alınıb.

Şərhlər