Ötən gecə Bakı Səbail rayonu Neftçilər prospektində yol nəqliyyat hadisəsi baş verib. Hökumət evinin qarşısında, Azadlıq meydanında “Mercedes” və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyuan dəyib.
Qeyd edək ki, qəzaya uğramış avtomobillərdən birinin, yəni “Mercedes”in sürücüsü hadisə yerindən yayındığı üçün polis yalnız digər avtomaşının sürücüsünün ifadəsini ala bilib.
Faktla bağlı araşdırmalara başlayan polis idarə etdiyi avtomobilin dövlət nömrə nişanları ilə birlikdə hadisə yerindən yayınan sürücünün kimliyin də müəyyən etməyə çalıışır.
Azadıq meydanında "Mercedes"lə "Hyundai" toqquşub
"Mercedes"in sürücüsü avtomobilinin dövlət nömrə nişanlarını açaraq hadisə yerindən qaçıb




Şərhlər