“Ayrin” qasırğası ABŞ-da can aldı
28 Avqust 2011 Bazar 02:08
Şimali Karolina və Virciniyada ölənlərdən biri uşaqdır
“Ayrin” qısarğası ABŞ-ın Şimali Karolina və Virciniya ştatlarında dörd nəfərin ölümünə səbəb olub. Ölənlərdən biri uşaqdır.

Şimali Karoniya ştatının xilasetmə xidmətlərinin məlumatına görə, bu ştatda üç nəfər təbii fəlakətin qurbanı olub - bir nəfər aşan ağacın altında qalıb, bir nəfəri infarkt vurub, digəri isə su baman yolda avtomobilin idarəetməsini itirərək qəzaya uğrayıb. Virciniya ştatında isə evin üstünə ağac aşması nəticəsində bir uşaq həlak olub.

Hazırda qasırğa Virciniya ştatının Norfolk şəhərinə yaxınlaşıb. Bu şəhərdə Birləşmiş Ştatların ən iri hərbi bazalarından biri yerləşir.

Qasırğa ilə əlaqədar ABŞ-ın şərq sahillərində dəmir yolu nəqliyyatı dayandırılıb, hava yolları şirkətləri aviareysləri təxirə salır. Milli Qvardiyanın 100 min əsgəri və Hərbi Hava Qüvvələrinin 18-dən çox nəqliyyat helikopteri zərərçəkənlərə yardım göstərmək üçün hazır vəziyyətə gətirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar