“Ayrin”in ABŞ-a vurduğu ziyan hesablanır
29 Avqust 2011 Bazar Ertəsi 16:54
Ümumlikdə qasırğa nəticəsində ölkəyə dəyən ziyanın dəyərinin 7 milyard dollar olacağı proqnozlaşdırılır
ABŞ-da hökm sürən “Ayrin” qasırğasının sığorta şirkətlərinə 2.6 milyard dollar məbləğində ziyan vura bilər. “Bloomberg” agentliyinin ABŞ-ın “Kinetic Analysis” analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumlikdə isə bu qasırğa nəticəsində dəyən ziyanın dəyərinin 7 milyard dollar olacağı proqnozlaşdırılır.
Ötən həftə isə “Silver Spring” şirkəti qasırğanın sıorta şirkətlərinə vura biləcəyi ziyanın dəyərini 14 milyard dollar təşkil edəcəyini açıqlamışdı. Proqnozların dəyərinin aşağı salınmasına səbəb isə tropik çovğunun şiddətinin zəifləməsi oldu.
“Eqecat” analitik şirkətində isə hesab edirlər ki, “Ayrin”in təkcə ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarındakı sığorta şirkətlərinə vurduğu ziyan 200-400 milyon dollar təşkil edəcək. Bu rəqəm 1999-cu ildə “Floyd” qasırğasının vurduğu ziyandan az olacaq. Belə ki, həmin ilin hesablamalarına görə, “Floyd” qasırğası ştata ən “baha başa gələn” qasırğa oldu və sığorta şirkətlərinə 1.4 milyard dollar ziyan vurdu.
Qeyd edək ki, “Ayrin” qasırğası ABŞ-da artıq 20 nəfərin həyatıma son qoyub. Nyu-Cersi, Kentukki və Nyu-Yorkda 3 milyondan artıq insan elektruk enerjisiz qalıb.
DOSTLARINLA PAYLAŞ: