Ay yarım əvvəl Xəzərdə batan balıqçıların meyiti tapılıb
Bakı. Hafiz Heydərov - APA. Xəzərin Azərbaycan sektorunda batan balıqçıların meyiti tapılıb. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.
Məlumata görə, bu il aprelin 20-də Xəzər dənizində batan balıqçılar - 35 yaşlı Səxavət Hacıyev və 25 yaşlı Heybət Novruzovun meyitləri iyunun 5-də tapılaraq sudan çıxarılıb.




Şərhlər