Hadisə

Avtovağzalın qarşısında ölüm hadisəsi olub

Avtomobilin vurduğu piyada xəstəxanada keçinib

· Xəbərçi
Avtovağzalın qarşısında ölüm hadisəsi olub
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə mayın 26-sı saat 13:30 radələrində Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb.

Vüqar Əsədov idarə tediyi “Daewoo” markalı avtobusla Əkbər Əsədovu vurub, sonuncu Travmatologiya İnstitutuna yerləşdirilsə də orada ölüb.

Hadisənin kimin səhvi uçbatından baş verdiyi araşdırılır.

Şərhlər