Avtovağzalın keçmiş şöbə müdiri tutuldu
15 İyun 2011 Çərşənbə 17:37
Avtovağzalın keçmiş şöbə müdiri bir neçə obyekti iki dəfə satıb.
Bakıda bir neçə nəfəri aldadaraq onlara obyekt satan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞ BPİ) ANS PRESS-ə verilən məlumata görə, BŞ BPİ Cinayət axtarış İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub. Bu AR CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə axtarışda olan Qəşəng Quliyeva adlı qadındır.

Məlumata görə, tutulan qadın bir müddət Bakıda yeni tikilən Beynəlxalq Avtovağzal Kompleksindəki Ticarət Mərkəzinin inzibati şöbə müdiri olub. Kompleksin tikintisi başa çatdırılan vaxt orada yerləşən onlarla mağaza su qiymətinə, 1000 manata satılıb. Sonra isə həmin şəxslərin adlarına sənədləşdirilən mağazalar 35-40 min manata başqa sahibkarlara satılıb.

Q.Quliyeva həmin fırıldaqçılığın iştirakçısı olmaqda və külli miqdarda ziyan vurmaqda şübhəli bilinərək polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar