Avtovağzalda iki piyada vuruldu
03 Mart 2011 Cümə Axşamı 13:56
1 ölü, 1 yaralı.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında iki piyada maşınla vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilk hadisə martın 2-si saat 06.55 radələrində baş verib. Müəyyən edilməyən avtomaşınla vurulan Sumqayıt şəhər sakini Nazənin Səlimova xəstəxanaya müraciət etməyib.

İkinci hadisə isə saat 09.00 radələrində qeydə alınıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksinini ərazisində Astara rayon sakini İlqar Abdullayev “Ford Tranzit” markalı mikroavtobusu idarə edərkən Ceyranbatan qəsəbə sakini Ramazan Məmmədov vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən R.Məmmədov orada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar