Bakı şəhər Dövlət Yol Polis İdarəsindən (BŞDYPİ) “Avtoş”lara daha bir xəbərdarlıq. Azərbaycanda ikinci dəfə avtoxuliqanlıq etdiyi üçün saxlanılan şəxs həbs olunacaq. ANS PRESS-in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov bildirib.
Onun sözlərinə görə, əgər ikinci dəfə polisin xəbərdarlığına məhəl qoymadan yol hərəkəti qanunu pozan sürücülər nəinki sürücülük hüququndan məhrum olacaq, hətta həmin şəxslər həbs oluna bilər. Bundan başqa, idarə rəisi avtoxuliqanlığa qarşı mübarizədə cəmiyyətin yol polisilə birlikdə əməkdaşlıq etmələrinin də vacib olduğunu bildirib.
“Avtoş”lar həbs oluna bilər
Yol polisi avtoxuliqanlara yenidən xəbərdarlıq edib




Şərhlər