Bakıda yerləşən avtomobil təmiri mərkəzində maşın yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə ötən gün saat 14.35 radələrində Nərimanov rayonu ərazisindəki Y.Vəzirov küçəsində "İnter Servis" avtomobil təmiri mərkəzində qeydə alınıb. Belə ki, paytaxt sakini Əhməd Əhmədov Sevil Allahverdiyevaya məxsus "Mercedes" markalı avtomaşını təmir edərkən alışma baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb. Ə.Əhmədov isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Avtomobil təmiri mərkəzində maşın yanıb, yaralanan var
Hadisə "Mercedes" markalı avtomobili təmir edərkən olub




Şərhlər