Hadisə

Avtomobil dükana çırpıldi: 1 ölü, 2 yaralı

Hadisə Salyan rayonu ərazisində baş verib.

· Xəbərçi
Avtomobil dükana çırpıldi: 1 ölü, 2 yaralı
Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayonun Xalac kənd sakini, 36 yaşlı Zahir Səmədağa oğlu Ağayev “VAZ-2106” markalı maşını idarə edərkən idarəetməni itirib və avtomobili özünə məxsus mağazaya çırpıb. Nəticədə sürücü yerindəcə keçinib, maşında olan iki nəfər - həmyelisi Elvin Xanəliyev və Səməd Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Səməd Səmədov xəstəxanada ambulator yardım aldıqdan sonra evə buraxılıb.

Qeyd edək ki, faktla bağlı araşdırmalar aparılır.

Şərhlər