Avtomobil ata və 7 yaşlı qızını vurub
11 Aprel 2009 Şənbə 14:05
Ata Mahir Məmmədov ölüb, qızı Əfsanə xəstəxanaya yerləşdirilib

Sumqayıt şəhərində ata-balanı maşın vurub. Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 10-da saat 22.00 radələrində Abşeron rayon sakini Eldəniz Babayev idarə etdiyi "Nissan" markalı avtomobillə şəhər sakini Mahir Məmmədov və onun qızı 7 yaşlı qızı Əfsanəni vurub. Nəticədə M. Məmmədov hadisə yerində ölüb, Əfsanə isə xəstəxanaya yerləşdirilib. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar