Bakıda piyadanın ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza hadisəsi noyabrın 20-si saat 05.00 radələrində Səbail rayonu ərazisindəki İ.Seyidbəyli küçəsində baş verib.
Naxçıvan şəhər sakini Nicat Əliyev idarə etdiyi "Audi-7" markalı avtomaşını yolun kənarında dayanan Bakı şəhər sakini Fərid Dadaşova məxsus "BMW" markalı avtomaşına vurub.
Nəticədə idarəetməni itirən N.Əliyev hadisə yerinin yaxınlığında olan Bakı şəhər sakini Bəhram Mustafayevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən B.Mustafayev noyabr ayının 25-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Audi-7" qəza törətdi, bir nəfər öldü
Hadisə Səbail rayonunda olub




Şərhlər