ATƏT-in monitorinqi yarımçıq qaldı
15 Dekabr 2009 Çərşənbə Axşamı 14:35
ATƏT-in monitorinqi yarımçıq qaldı. Səbəb Ermənistanın atəşkəsi pozmasıdır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdı.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumaıtna görə, monitorinq keçirilən zaman Ermənistan silahlı birləşmələri tərəfindən açılan atəş nəticəsində monitorinq dərhal dayandırılıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri hadisənin səbəblərini araşdırırlar.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin, qarşı tərəfində isə İmre Palatinus, İrje Aberle və Vladimir Çontulov keçirməliydilər.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Ermənistan silahlı qüvvələri bu dəqiqələrdə Tərtər rayonunun işğal altındakı Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini və Goranboy rayonunun Tapqaraqoyunlu kəndini atəşə tutmağa başlayıb. Atəş əsasən iriçaplı silahlardan, pulemyotlardan açılır və hazırda da davam edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: