Hadisə

Atəşkəs pozulub

Azərbaycan Ordusu 3 istiqamətdən atəşə məruz qalıb.

· Xəbərçi
Atəşkəs pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 23-də atəşkəsi pozub. Erməni ordusu saat 10.15-dən 10.20-dək Ağdam rayonunun Cəvahirli kəndi, saat 22.23-dən 22.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 22.47-dən 22.54-dək və 22.45-dən 23.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər