Ata və oğul səhvən 15 pələngin olduğu qəfəsə giriblər
14 İyun 2010 Bazar Ertəsi 18:00
Mancuriya pələngləri onlardan birini parça-parça edib.
Çinin şimalında zoparkda saxlanılan 15 mancuriya pələngi bir nəfəri parça-parça edib. Səhvən pələnglərin qəfəsinə girmiş iki nəfərdən yalnız birini xilas etmək mümkün olub.
Ata və oğul zoparkda pələnglərin qəfəsinə yaxınlaşarkən qapılar avtomatik olaraq açılıb və onların hər ikisi özləri də bilmədən qəfəsə daxil olublar. Dərhal qapılar bağlandığından qəfəsdən çıxa bilməyən hər iki şəxs 15 pələngin hücumuna məruz qalıblar. Heyvanxana əməkdaşları 17 yaşlı oğlanı xilas edə bilsələr də, pələnglər onun atasını parçalayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: