Ata üç uşağının gözü qarşısında güllələndi
26 Dekabr 2009 Şənbə 20:30
Ata üç uşağının gözü qarşısında güllələndi. Hadisə ABŞ-da baş verib.
ABŞ-ın “Xilasetmə ordusu” dini xeyriyyə təşkilatının əməkdaşı Nort-Litl-Rok şəhərində ictimai xeyriyyə tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan binanın yanında baş verən oğurluq zamanı üç uşağının gözü qarşısında vəhşicəsinə qətlə yetirilib.

Nort-Litl-Rok polisinin məlumatına görə, cümə axşamı 16:15 radələrində “Xilasetmə Ordusunun” yerli klubu yaxınlığında Filip Uayza yaxınlaşan iki kişinin axtarışları davam etdirilir. Hələ ki, qətl hadisəsi ilə bağlı heç kim saxlanılmayıb.

Hücum olan gün 40 yaşlı Uayz arvadını götürərək uşaqlarla birgə qadının anasıgilə qonaq getmək üçün kluba gəlib. Onu qətlə yetirən hər iki şəxsin əlində silah olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar