Ata qızının üstündə oğlunu öldürdü
07 Dekabr 2009 Bazar Ertəsi 12:30
Səbəb qardaşın bacısının nişanının qaytarılmasını tələb etməsi olub
Gəncə şəhərində ata oğlunu qətlə yetirib.
Gəncə şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dekabrın 6-da saat 19.00 radələrində Nizami rayonu, Gülüstan qəsəbəsi ev 56-da baş verib.
Həmin ünvanda yaşayan Kamal Nəcəfov ailə münaqişəsi zəminində 20 yaşlı oğlu Siracı ov tüfəngi ilə ürək nahiyəsindən vurub. S.Nəcəfov aldığı xəsarətdən dünyasını dəyişib.
Fermada işləyən K.Nəcəfov polis əməkdaşları tərəfindən tutulub. O, ilkin ifadəsində oğlunu sözə baxmaması və nişanlı bacısının nişanın qaytarılmasını tələb etdiyi üçün vurduğunu deyib.
Xatırladaq ki, Sirac Nəcəfov 4 ay əvvəl hərbi xidmətdən qayıdıbmış.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: