Ata qızını namus üstündə güllələdi
27 Dekabr 2009 Bazar 15:00
İki uşaq anası Namidə Qəhrəmanova hadisə yerində dünyasını dəyişib
Şamaxıda 69 yaşlı kişi iki uşaq anası olan qızını öldürüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dekabrın 27-də saat 11.00 radələrində Şamaxı şəhərinin Azərbaycan küçəsindəki 9 saylı ünvanda baş verib.

Şamaxı şəhər sakini, 1940-cı il təvəllüdlü Qubadov Kazım Məhəmmədəli oğlu şəhərin Ə. Kərim küçəsi 2 ünvanında yaşayan qızı, 1973-cü il təvəllüdlü Qəhrəmanova Həmidə Kazım qızını ov tüfəngi ilə güllələyib. K. Qubadov qızını evinə çağırıb və ov tüfəngindən atəş açaraq onu qətlə yetirib.

Ailəli və iki uşaq anası olan H. Qəhrəmanova qarın boşluğu və boynundan aldığı güllə yarasından çoxlu qan itirib və hadisə yerindəcə dünyasını dəyişib.

K. Qubadov sonra polisə zəng edərək qızını öldürdüyünü bildirib. İlkin məlumata görə, ata öz qızını namus üstündə öldürüb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar