Avstriya polisi 80 yaşlı kişini özünün iki qızını 40 il ərzində qapalı yerdə saxlamaq və zorlamaq ittihamı ilə həbs edib.
Avstriyanın kəndlərindən birində yaşayan kişinin özü bütün ittihamları rədd edir. Lakin istintaqın qənaətinə görə, adı açıqlanmayan şübhəli qızlarını ilk dəfə zorlayanrkən birinin 12, digərinin isə 4 yaşı olub. İndi onların 53 və 45 yaşları var. Qadınların əqli cəhətdən zəif olduğu bildirilir.
Xatırladaq ki, bu, Avstriyada ilk belə ağılasığmaz cinayət deyil. 2009-cu ildə Yozef Fritçl adlı avstriyalı ömürlük azadlıqdan məhrum edilib. O, 24 il öz qızını zorlayıb və ondan yeddi övladı olub.
Ata öz qızlarını 40 il zorlayıb
Ağılasığmaz cinayətin qurbanlarının birinin 45, digərinin 53 yaşı var




Şərhlər