Ata əkiz övlad dünyaya gətirən qızını güllələdi
07 Sentyabr 2011 Çərşənbə 00:49
O, hərəkətini təhqir olunmuş namusunun müdafiəsi kimi qələmə verib.
45 yaşlı iordaniyalı paytaxt Əmmandan 60 kilometr şimal-qərbdə yerləşən Dayralla şəhərindəki xəstəxanaya gələrək, əksiz övlad - qız və oğlan dünyaya gətirmiş qızını güllələyib. Kişinin dul qızı qanuni nikahda olmadığı kişinin övladlarını dünyaya gətiribmiş.
Polisə təslim olan kişi bildirib ki, o, bu hərəkəti ilə təhqir olunmuş şərəfini müdafiə etməyə çalışıb.
Bu, İordaniyada son iki ay ərzində baş verən üçündü belə hadisədir.
İordaniya prokurorluğu bəyan edib ki, qadınların “ailə namusu” zəminində qadınların öldürülməsinə artıq adi cinayət işləri kimi yanaşılır. Əvvəllər isə belə cinayətlərə güzəştlə yanaşılırdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: