Astara rayon sakinindən yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat müsadirə eilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini Aygül Bayramovadan götürülən dini materiallar "Yahova şahidləri" dini təriqətinə dair olub. Astara Rayon Polis Şöbəsinin əməkdaşları onun evinə keçirdikləri baxış zamanı 275 ədəd yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat, 9 ədəd disk, 5 ədəd audio və 1 ədəd video kasset aşkar ediblər.
Faktla bağlı araşdırmalar aparılır. ANSPRESS
Astarada qadağan olunmuş dini materiallar tapılıb
"Yahova şahidləri"nə dair ədəbiyyat, disk və kasetlər müsadirə edilib.




Şərhlər