Hadisə

Astarada evdən ərlə arvadın meyidi tapılıb

Onların qətlə yetildiyi bildirilir.

· Xəbərçi
Astarada evdən ərlə arvadın meyidi tapılıb
Astara rayonu Ərçivan kəndində ərlə-arvadın meyidi tapılıb. Hadisə yerində olan ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kəndin girəcəyindəki evdə yaşayan 62 yaşlı Rəfael İmaməliyev və onun həyat yoldaşı Züleyxa İmaməliyevanın meyidi tapılıb.

Verilən məlumata görə, onların 3 uşaqları var, amma övladların heç biri onlarla yaşamır. Qonşular ərlə arvadın meyidini səhər saatlarında aşkarlayıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları çağırılıb.

Deyilənlərə görə onlar qətlə yetirilib, lakin rəsmi məlumatda hələlik heç bir məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər