Astara sakini iki həmkəndlisini güllələdi
04 İyun 2011 Şənbə 01:01
Ağır yaralanan 17 yaşlı gənc Bakıya gətirilib
Azərbaycanın Astara rayonunda güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, iyunun 3-də saat 19 radələrində rayonun Şahağacı kənd sakini, 58 yaşlı Xanoğlan Mədətov şəxsi münaqişə zəminində həmkəndliləri - 21 yaşlı təvəllüdlü Şəhriyar İqrar oğlu Mirzəyevi və 17 yaşlı Şəhruz İsfəndiyar oğlu Quliyevi ov tüfəngindən açdığı atəşlə ağır yaralayıb. Hər iki yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ş.Mirzəyevin vəziyyəti ağırlaşdığı üçün onu təcili Bakıya yola salıblar. İkinci xəstənin vəziyyəti isə hazırda qənaətbəxş qiymətləndirilir. Hadisəni törətmiş X.Mədətov polis tərəfindən yaxalanıb.

Faktla bağlı Astara rayonunun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar