Astara sakini bacısına 18 bıçaq vurub
02 Sentyabr 2010 Cümə Axşamı 22:45
26 yaşlı qadının vəziyyəti ağırdır.
Azərbaycanın Astara rayonunda qardaş bacısını ölümcül yaralayıb. Bu barədə məlumatı Astara Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Elman Quliyev verib. Onun sözlərinə görə, hadisə sentyabrın 2-də saat 11.00 radələrində qeydə alınıb. Astara şəhər sakini, 1988-ci il təvəllüdlü Fərhad Beytulla oğlu Xəlilov qısqanclıq zəminində bacısı, 1984-cü il təvəllüdlü Gülnarə Beytulla qızı Xəlilovanın bədəninin müxtəlif nahiyələrinə 18 bıçaq zərbəsi vurmaqla onu ölümcül yaralayıb. Zərərçəkmiş dərhal Astara Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada onun üzərində cərrahiyə əməliyyatı aparılsa da, həkimlər G.Xəlilovanın vəziyyətinin ağır olduğunu bildirirlər.

Polisin həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətmiş Fərhad Xəlilov yaxalanıb. İstintaqa verdiyi ifadəsində o, bacısını əxlaqsız hərəkətlərinə görə öldürmək istəyində olduğunu bildirib.

Qeyd edək ki, bir uşaq atası olan saxlanılan şəxs Bakıda kirayədə yaşayır. İki uşaq anası olan G.Xəlilovanın əri isə həbsxanadadır. Faktla bağlı Astara rayonunun hüquq – mühafizə orqanları araşdırmalara başlayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar