Hadisə

Arvadı tərəfindən tərk edilən 2 uşaq atası özünü asdı

Hadisə Astara rayonunda baş verib

· Xəbərçi
Arvadı tərəfindən tərk edilən 2 uşaq atası özünü asdı
Azərbaycanın Astara rayonunda intihar hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Nəsimi kəndində qeydə alınıb.

Vahid adlı şəxs yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun meyiti səhər saat 09.00 radələrində qonşuları tərəfindən aşkarlanıb.

Məlumata görə, ruhi xəstə olan Vahidi 3-4 il bundan əvvəl həyat yoldaşı tərk edərək, iki uşağı ilə birlikdə atası evinə gedib.

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə polis və Prokurorluq əməkdaşları gedərək ilkin yoxlamalara başlayıblar.

Şərhlər