Arvad ərini yuxudan oyatmaq üçün evi yandırdı
17 Dekabr 2009 Cümə Axşamı 18:20
Nəticədə isə evdə yatan həyat yoldaşı dəm qazından boğulub
Rusiyanın şimalında yerləşən Komi Respublikasında ehtiyatsızlıqdan ölümə səbəb olmaqla bağlı cinayət işi qaldırılıb.

Belə ki, evə gələn qadın uzun müddət qapıda qalıb. Onun qapını döyməsinə baxmayaraq, evdə olan əri qapını açmayıb. Həyat yoldaşının diqqətini cəlb etmək istəyən qadın kağızı yandıraraq qapının altından evə salıb. Nəticədə mənzil yanmağa başlayıb.

Hadisə nəticəsində kişi dəm qazından zəhərlənərək ölüb. İnsidentdə şübhəli bilinən qadın günahını etiraf edib.

Hazırda istintaq işi aparılır. Yaxın günlərdə təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürüləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar