ARDNŞ-in iki əməkdaşı su quyusunda ölü tapılıb
18 Avqust 2010 Çərşənbə 18:20
Həmin şəxslərin təmir işləri üçün quyuya düşdüyü bildirilir.
ARDNŞ-in iki əməkdaşı həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, Xəzər rayonunda su quyusunda 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ARDNŞ Sosial İnkişaf İdarəsinin Su təsərrüfatının əməkdaşları 1948-ci il təvəllüdlü İlyas Rzayev və 1977-ci il təvəllüdlü Üzeyir Babayev təxminən 15 metr dərinliyində olan su quyusunda təmir işləri apararkən huşsuz halda tapılıblar.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə su quyusuna enmiş və həmin şəxslərin vəfat etdiklərini müəyyən ediblər, daha sonra cəsədlər xüsusi texnika vasitəsilə quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar