ARDNŞ-in iki əməkdaşı quyuya düşərək ölüb
18 Avqust 2010 Çərşənbə 17:45
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iki əməkdaşı su quyusuna düşərək ölüb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə bu gün Bakı şəhəri, Xəzər rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən su quyusunda 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə FHN-əməlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ARDNŞ Sosial İnkişaf İdarəsinin Su Təsərrüfatının əməkdaşları - 1948-ci il təvəllüdlü İlyas Rzayev və 1977-ci il təvəllüdlü Üzeyir Babayev təxminən 15 metr dərinliyində olan su quyusunda təmir işləri apararkən huşsuz halda tapılıblar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə su quyusuna enərək həmin şəxslərin vəfat etdiyini müəyyənləşdirib. Daha sonra cəsədlər xüsusi texnika vasitəsilə quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. APA
DOSTLARINLA PAYLAŞ: