Avqustun 2-də saat 16:45 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasına məxsus kiçik həcmli “Atlant” sərnişin gəmisində yanğın baş verib. Bu gün Dövlət Neft Şirkəti bununla bağlı rəsmi məlumat yayıb.
ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğının qısaqapanmadan baş verdiyi məlum olub. Baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün “Atlant” gəmisində təmir işlərinə başlanılıb.
ARDNŞ "Atlant"dakı yanğınla bağlı rəsmi məlumat yayıb
"Qısaqapanmadan baş vermiş yanğın zamanı xəsarət alan olmayıb"




Şərhlər