Aprelin 24-də Osmanlı dövlətində bir erməni belə qətlə yetirilməyib
21 Aprel 2011 Cümə Axşamı 14:38
Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin idarə heyətinin sədri Göksel Gülbey belə deyib
Türkiyənin İqdır vilayətində fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi Azərbaycanın bir neçə qeyri-hökumət təşkilatı ilə əməkdaşlığa dair protokol imzalayacaq. Bunu Bakıda səfərdə olan təşkilatın idarə heyətinin sədri Göksel Gülbey deyib.
Erməni yalanları ilə mübarizədə güclərini birləşdirməyə çalışdıqlarını söyləyən Göksel Gülbey Azərbaycana səfəri çərçivəsində “4 H hərəkatı”na da start verəcəklərini bildirib. Gülbey aprelin 24-də İranda ermənilərin uydurma “soyqırım” tədbirləri keçirməsinin qarşısını almaq məqsədilə fəaliyyətə başladıqlarını açıqlayıb.
Aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməninin belə qətlə yetirilmədiyini bildirən Göksel Gülbey bunu arxiv materiallarının da sübut etdiyini və ermənilərin bəhs etdiyi köçürülmə hadisəsinin bu tarixə təsadüf etmədiyini deyib.
DOSTLARINLA PAYLAŞ: