Bu gün ANS TV-nin Gəncə bürosunun əməkdaşları Təhminə Tağızadə və Fuad Rzayev vəzifə borcunu yerinə yetirərkən, yerli hüquq-mühafizə orqanları tərəfindən təzyiqə məruz qalıb. Hadisə Gəncənin Nizami küçəsində “Memarlıq evi”nin yerləşdiyi və 100-dən çox yaşı olan tarixi binanın icra strukturları tərəfindən sökülməsi haqda çəkiliş aparan zaman baş verib. ANS-in hadisə yerindən çəkiliş aparmağa çalışan əməkdaşları ərazidən zorla uzaqlaşmağa məcbur ediliblər.
ANS-in çəkiliş qrupu Gəncədə təzyiqə məruz qalıb
Hadisə şəhərdə tarixi binanın sökülməsini lentə alan zaman baş verib




Şərhlər