Hadisə

Anna Politkovskayanın qətlinin təşkilatçısı tutuldu

Yüksək rütbəli keçmiş milis zabiti pul müqabilində jurnalistin qətlini təşkil edib

· Xəbərçi
Anna Politkovskayanın qətlinin təşkilatçısı tutuldu
Jurnalist Anna Politkovskayanın qətlinin təşkilatçısı olduğu güman edilən şəxs həbs edilib. Bu, Moskva milisinin keçmiş podpolkovniki Dmitri Pavlyuçenkodur. O, əvvəllər həmin iş üzrə şahid kimi tanınmışdı. Yeni həbslə bağlı məlumatı jurnalstlərə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin verib.

İstintaqın ehtimalına görə, 2006-cı il iyulun sonlarında Dmitri Pavlyuçenko naməlum şəxsdən pul mükafatı müqabilində Anna Politkovskayanın qətlini təşkil etmək sifarişi alıb. O, buna razılıq verib və cinayətkar qrup yaratmağa başlayıb. Qrupa Mahmudov qardaşları qoşulublar. Dmitri Pavlyuçenko qardaşlara pul mükafatı söz verib və mütəşəkkil dəstənin hər bir üzvünün hərəkət cədvəlini tutub. Sonra keçmiş milis podpolkovniki tapança əldə edib və onu cinayətin birbaşa icraçısı Rüstəm Mahmudova verib.

Bu gün məhkəmə keçmiş zabitin həbsi ilə bağlı qərar qəbul etməlidir.

Şərhlər