Ankarada partlayış olub, 10 nəfər yaralanıb
Türkiyənin paytaxtı Ankara şəhərində mikroavtobus partlayıb.
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, partlayışdan sonra mikroavtobusla bərabər yaxınlıqda park edilmiş 6 avtomobil yanıb. Hadisə nəticəsində 10 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanalara çatdırılıb.
Partlayışın terror aktı olduğu güman edilir. Polis olaydan sonra şübhəli bir qadını həbs edib.




Şərhlər