Ankarada baş verən partlayış nəticəsində 3 nəfər ölüb
20 Sentyabr 2011 Çərşənbə Axşamı 17:14
Türkiyənin daxili işlər naziri: “Hadisənin terror aktı olması ehtimalı yüksəkdir”


Bakı – APA. Türkiyənin daxili işlər naziri İdris Naim Şahin paytaxt Ankarada bu gün baş vermiş partlayış nəticəsində 3 nəfərin öldüyünü açıqlayıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, İ. N. Şahin partlayışın terror məqsədilə törədilməsi ehtimalının yüksək olduğunu deyib: “Partlayış qazla işləyən “Laguna” markalı avtomobildə baş verib, sonra ətrafdakı digər avtomobillər yanıb. Şahidlər əlində qaz balonu olan bir nəfər görüblər”.

Nazir hadisə zamanı 15 nəfərin yaralandığını, bunlardan 3-nün durumunu ağır olduğunu bildirib.

Xatırladaq ki, hadisə Ankara şəhərinin Çankaya rayonu ərazisində baş verib. Prezidentin iqamətgahı bu rayonda yerləşir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar