Ankara hava limanının damı çökdü
03 Avqust 2011 Çərşənbə 03:55
Yağışın səbəb olduğu hadisə nəticəsində xəsarət alan olmayıb
Türkiyənin paytaxtı Ankara şəhərindəki “Esenboğa” hava limanının damı çökdü. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, hadisəyə Ankara və ətrafında yağan güclü yağış səbəb olub. Məlumata görə, yağışın başlamasından bir müddət sonra daxili və xarici uçuşların həyata keçirildiyi terminalın damından içəriyə su sızmağa başlayıb. Daha sonra isə daxili və xarici uçuş terminallarının arasında olan yarımmərtəbədə çökmə meydana gəlib. Hava limanında dərhal təhlükəsizlik tədbirləri gücləndirilib. Təbi fəlakətin elektrik sisteminə verdiyi zərər səbəbilə hava limanında işıqlar da tez-tez söndürülüb. Hazırda “Esenboğa” hava limanının işçiləri problemin aradan qaldırılması üçün var gücləri ilə fəaliyyətlərini davam etdirirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar