Anasının ölümündən təsirlənən qız intihar etdi
01 Fevral 2010 Bazar Ertəsi 18:05
Hadisə Şəki rayonunda baş verib. Anasının ölümündən təsirlənən qız intihar etdi.
Dünən Şəkidə rayonunda intihar hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, şəhərin Baş Zəyzit kənd sakini, 1984-cü il təvəllüdlü Bəkirova Gülxar Ramazan qızı özünü asaraq intihar edib.
G.Bəkirovanın meyidi yaşadığı evin həyətindəki tövlədə aşkar edilib.
Gülxar hadisədən bir müddət əvvəl tikintidə fəhlə işləyən qardaşlarına yemək verib. Sonra isə dayısının ad günü ilə bağlı onlara gedəcəyini söyləyərək evdən çıxıb.
Qardaşlar isə iş vaxtı bitdikdən sonra dayılarıgilə gediblər. Onu orada görməyən qardaşlar Gülxarı axtarmağa başlayıblar.
Əlavə edək ki, kənd sakinləri G.Bəkirovanın anasının ölümündən təsirlənərək intihar etdiyini ehtimal edirlər.
G.Bəkirovanın anası keçən il vəfat edib. O, iki qardaşı ilə birgə yaşayırdı.
Qeyd edək ki, faktla bağlı Şəki şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. Hadisənin hansə səbəbdən baş verməsi araşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: