Ana və qızı qətlə yetirildi
    13 Yanvar 2011 Cümə Axşamı 10:25
    Dəhşətli qətl Sabirabad rayonunda baş verib. Ana və qızı qətlə yetirilib.
    
                	 
    
         Sabirabad rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, ana və qızı yaşadığı evdə qətlə yetiriliblər.
Hadisə yanvarın 12-də baş verib. Həmin gün saat 16:00 radələrində Sabirabad sakinləri olan 83 yaşlı Xalidə Güləliyeva və onun qızı, 55 yaşlı Əzizbəyim Güləliyevanın üzərində zorakılıq əlamətləri olan meyitləri aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: