Ana və 1 yaşlı qızı evdə yandı
05 Sentyabr 2011 Bazar Ertəsi 15:21
Ana və 1 yaşlı qızı evdə yandı. Onların vəziyyəti orta-ağırdır.
Bakının Binəqədi rayonunda iki nəfərin yanması ilə nəticələnən yanğın hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, yanğın hadisəsi sentyabrın 3-də saat 23:30 radələrində Hökməli qəsəbə sakini Sərxan Məmmədova məxsus evdə meydana gəlib.

Propan qazının sızmasından baş verən yanğında evin yanar konstruksiyaları tam yanıb. S.Məmmədovun arvadı Minəvvər və 1 yaşlı qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar