ABŞ-ın Ohayo ştatının sakini Diana Lions 6 yaşlı qızının mağazadan etiket toplusu oğurladığına görə, polis çağırıb. O bunu uşağın öz hərəkətindən nəticə çıxarması üçün etdiyini bildirib.
31 yaşlı Diana Lions qızının hərəkətinə o qədər də sərt reaksiya vermədiyini hesab edir. Hadisə yerinə gələn polis rəisi Ronald İcer qızı öz maşınında məntəqəyə aparıb, daha sonra isə onu anasına təhvil verib. İcer bildirib ki, qız özünü maşında sakit aparıb.
Lionsun sözlərinə görə, o polisə mükafat almaq üçün deyil, bunu belə vəziyyətlərdə ən düzgün addım hesab edərək zəng edib.
Xatırladaq ki, Ohayo ştatında mağaza oğrusunun yaxalanmasına görə, 30 dollar mükafat təsis edilib. ANSPRESS
Ana oğurluq edən 6 yaşlı qızını polisə satdı
Diana Lions bunu uşağın öz hərəkətindən nəticə çıxarması üçün etdiyini bildirib




Şərhlər