Kerri Kempbel qızına botoks vurdurduğunu və bunu kamera ilə çəkdiyini etiraf edib
Gözəllik müsabiqəsində iştirak edəcək 8 yaşlı qızına botoks vurduran ana məsuliyyətə cəlb olunub. Amerikanın “ABC News” tele-kanalındakı “Good Morning America” proqramında çıxış edən 34 yaşlı ana Kerri Kempbel qızına botoks vurdurduğunu və bunu kamera ilə çəkdiyini etiraf edib. Ana bunu qızının gözəllik müsabiqəsində uğur əldə etməsi üçün və üzündə qırışlar olmaması üçün etdiyini deyib. Bu bardə görüntülərin efirdə nümayişindən sonra isə bir çox ölkə vətəndaşı azyaşlı qızın anasından şikayətçi olub.
Əlaqədar qurumlar San-Franciskoda yaşayan ingilis ananın qızını əlindən alıblar. Yerli “uşaq müdafiə” qanununa görə, 8 yaşlı Britney həftənin axırına qədər dövlət nəzarətində olacaq və anasına təhvil verilməyəcək.