Amerika Birləşmiş Ştatlarında göydən ölü quşların yağışı davam edir. Arkanzas ştatından sonra indi də Luiziana ştatında ölü quşlar avtomobil yollarına və evlərin damına düşür. 500-dən çox sığırçın və yalnız Birləşmiş Ştatlar üçün xarakterik olan qırmızı qanadlı qaraquşun ölməsi səbəbi hələlik dəqiqləşməsə də, quşların ölümünə yeni il gecəsi atılan fişənglərin səbəb olduğu ehtimal edilir. Belə ki, quşlarin ilk kütləvi ölüm halı qonşu Arkanzas ştatında məhz yeni ilin ilk günündə qeydə alınıb.
Onu da qeyd edək ki, Luizianada çaylarda balıqların da kütləvi şəkildə tələf olması faktı qeydə alınıb.
Amerikada ölü quşların "yağışı" davam edir
Luiziana ştatında ölü quşlar avtomobil yollarına və evlərin damına düşür




Şərhlər